“Rəqabət şəraitində baş verən qiymət artımı süni ola bilməz”- İqtisadçıdan AÇIQLAMAbackend

“Rəqabət şəraitində baş verən qiymət artımı süni ola bilməz” – İqtisadçıdan AÇIQLAMA    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki şəraitdə əsas antiinflyasiya tədbiri kimi manatın məzənnəsinin qorunub saxlanılmasının vacib olduğunu hesab edirəm. İnflyasiya cilovlanana qədər idxal inflyasiyasını daha da yüksəltməmək məqsədilə bu edilməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspertin sözlərinə görə, bir çox məhsul və xidmət sahələri üzrə dövlət vergilərini, xüsusilə də əlavə dəyər vergisini azaltmaq və ya müvəqqəti aradan qaldırmaq mümkündür:

“Süni qiymət artımı ilə mübarizə aparmağın yeganə həll yolu rəqabəti gücləndirməkdir. Bazar iqtisadiyyatında, rəqabət şəraitində kiminsə bazara istədiyi qiyməti diktə etməsi mümkün deyil. Əgər hər hansı sahədə belə hallar varsa, demək o sahədə rəqabət yoxdur, istehsalçı və ya təchizatçı ya təkdir, ya da çox az saydadır. Xüsusilə də qida sektorunda belə halların olması yolverilməzdir. Həm istehsalda, həm ticarətdə, xüsusilə də idxalda rəqabətə şərait yaratmaq və ya onu gücləndirmək lazımdır. Rəqabət şəraitində baş verən qiymət artımı isə süni ola bilməz, olsa, təbii olacaqdır”.

//Gülnarə Abasova, Editor.az