“Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafında maraqlı olan ölkələrdəndir”.
Bu sözləri Editor.az-a rəqəmsal iqtisadiyyatla bağlı danışarkən millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə Azərbaycanda 4-cü sənaye inqilabına uyğun olaraq mərkəzin formalaşdırılması, eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı aparılan islahatlar bütövlükdə iqtisadiyyatın strukturunun dəyişməsinə və şəffaflığın artırılmasında müsbət rol oynayır:
“Bu həm də imkan verir ki, ənənəvi iqtisadi yanaşmadan, daha innovativ iqtisadi yanaşmaya keçid mümkün olsun. Buna görə də rəqəmsal iqtisadiyyat növbəti dövr Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən birinə çevriləcək. Bununla yanaşı birmənalı şəkildə ümumdaxili məsul və yeni iqtisadi dəyərin yaradılmasında sözsüz paya malik olacaq”.
//Səbinə Hüseynli, Editor.az

