Yenisabah.az xəbər verir ki, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa çalışan şəxslərin fəaliyyətinin artdığını bildirib.
“Instagram” hesabından müraciət edən sənətçi qeyd edib ki, məşhurların nüfuzları qanunsuz şəkildə istifadə olunur.
Rəqqasə belə hərəkətlərin insanlara həm maddi, həm də mənəvi zərər verdiyini, cəmiyyətdə isə inamsızlıq yaratdığını vurğulayıb.