Rəqqasə Fatimədən Cananaya: “Səni yiyənə görə tanımışam, adımı ağzına alma!” – Qalmaqalbackend

Rəqqasə Fatimədən Cananaya: “Səni yiyənə görə tanımışam, adımı ağzına alma!” – Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqqasə Fatimə Fətəliyeva  “MTV maqazin”ə verdiyi qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Sənətçi bir müddət bundan əvvəl Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini Canananı onun doğum günü məclisindən qovması hadisəsindən danışıb. Rəqqasə Cananaya sərt ismarıc göndərərək deyib:

“Mən səni yiyənə görə tanımışam. Mətanət İskəndərli mənim ailəmə yaxən adamdır. Doğum günümdə mənimlə şəkil çəkdirəndə bir də gördü ki, Canana burdadır. Niyə? Səni kim məclisə dəvət edib? Gəlib Mətanət xanıma forslana-forslana acıq verir ki, o da məclisdədir.
Canana, sənə bir sual verən varmı ki, sən ümumiyyətlə, bu sferada nə gəzirsən?! Sən axı kimsən? Mənim haqqımda niyə danışırsan? Mənim adımı ağzına alma”.

Xatırladaq ki, bir müddət öncə Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana rəqqasə Fatimə Fətəliyevanın ad günündə üz-üzə gəlib.
Canananı dəhlizdə görən M.İsgəndərli özündən çıxıb. O, ətrafdakılara və məkandakı mühafizəçilərə onun içəri buraxılmamasını tapşırıb. Həmin görüntülər sosial şəbəkədə gündəm olmuşdu.