Rəqsanə İsmayılova boşanıb – İDDİAbackend

Rəqsanə İsmayılova boşanıb – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia olunub.

Bu haqda “TikTok” platformasında xəbərlər yayılıb.

Canlı yayım açan müğənni izləyicilərin ona ünvanladığı “boşanmısınız?” sualına belə cavab verib:

“Bu haqda mənə sual verməyin, xahiş edirəm. Çünki cavab verməyəcəyəm. Zamanla hər şeyi danışacam. Zamanında qazanı açanda yeməyi ilk olaraq bir adam var idi ki, ona verərdim. İndi o adam da yoxdur, yeməyi ilk uşaqlarıma verirəm”.

Qeyd edək ki, Rəqsanənin illərdir Moskvada yaşadığı evdən yeni evə köçməsi iddiaları gücləndirib.