Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilirbackend

Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən məşhur meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün hakim qarşısına çıxarıla bilər.

Editor.az-ın məlumatına görə, meyxanaçı Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına Qaradağ Rayon Məhkəməsində baxılması gözlənilir.

Qeyd edək ki, gecə saatlarında 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlunu qətlə yetirən meyxanaçı 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Dağlı) Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Onun əməli sübuta yetirilərsə, onu doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Onu da qeyd edək ki, qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.