Rəşad Dağlının əsl tələbəsi kimdir? – Meyxanaçı AÇIQLADIbackend

Rəşad Dağlının əsl tələbəsi kimdir? – Meyxanaçı AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə bəzi gənc meyxanaçıların Rəşad Dağlının tələbəsi kimi təqdim edilməsi geniş müzakirəyə səbəb olub.

 

Editor.az Referans-a istinadla xəbər verir ki, meyxana dinləyicilərinin bir çoxu Rəşad Dağlı ilə bağlı bu iddiaya etiraz ediblər.

Gənc meyxanaçı Kərim Abi Rəşadın sadəcə 1 tələbəsinin olduğunu deyib.

“Rəşad Dağlıya bütün gənclər ustad deyə bilər. Bu həm ədəbdəndir, həm də onun sənət ustadı olmasını qəbul etdikləri üçündür. Rəşad bir çox gəncə dəstək ola bilər, bunda anormal nəsə yoxdur. Lakin həqiqətən sırf kimin ustadı olması maraqlıdırsa, bu adam Cahangeştdir.

Yalnız Cahangeşt deyə bilər ki, mən şəxsən Rəşadın tələbəsiyəm. Meyxanada bütün yaşlı şairlər gənclərin ustadı sayılır, bu, simvolik olaraq belədir.

Elə bilin bir nəfər Bakı Dövlətdə müəllimdir, mən də oxuyuram İqtisadda. Bakı Dövlətdəki müəllim mənim müəllimim deyil, lakin bu, onun müəllim olduğu həqiqətini dəyişmir.

Onu görəndə müəllim deyə xitab edəcəm. Meyxanada da müraciətlər belədir. Rəşad Dağlı ustadım deyil, amma mən onu həmişə sənət ustadı kimi qəbul etmişəm. Ümumən Rəşad Cahangeştdən başqasına davamçım, tələbəm deməyib. Rəşadın tək tələbəsi Cahangeştdir”.