Rəşad Dağlının həbsxanada meyxana deyərkən arxiv videosu YAYILDIbackend

Rəşad Dağlının həbsxanada meyxana deyərkən arxiv videosu YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl cəzaçəkmə müəssisəsində bayram tədbirində iştirak etməsi barədə görüntülər yayılıb.

Editor.az baku.ws-ə istinadən xəbər verir ki, Rəşad Dağlı həmkarı Ağamirzə ilə birgə həbsxanada məhkumlar qarşısında meyxana deyərək onların könlünü xoş edib.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.