Rəşad Sahil oğlu İsmayılov Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Editor.az Trend-ə istinadən bildirir ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.