Rəşad Mahmudov: “Tələbə COVİD pasportuna görə universitetdən imtina edib”backend

Rəşad Mahmudov: “Tələbə COVİD pasportuna görə universitetdən imtina edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Hikmət Məmmədov Milli Məclisin plenar iclasında parlament diplomatiyasının gündən-günə inkişaf etdirilməsini məmnunluqla ifadə etdi. Daha sonra o, müzakirəyə çıxarılacaq qanun layihəsindən danışarkən bildirdi ki, 28 Mayın Müstəqillik günü, 18 oktyabrın Müstəqilliyin bərpası günü kimi qeyd olunması tamamilə məntiqlidir. Deputat qanun layihəsinin kifayət qədər əsaslandırıldığını vurğuladı.

Deputat Rəşad Mahmudov cəmiyyəti narahat edən mövzudan bəhs etdi. O, bildirdi ki, bu gün peyvəndlənmə ilə əlaqədar beynəlxalq səviyyədə işlər görülür. Xüsusən tədris müəssisələrində peyvəndlənmənin həyata keçirilməsinin virusun yayılmasının qarşısını almaqda nə qədər vacib olduğunu bilirik. Bununla belə, deputat bildirdi ki, tələbələrdən ali məktəblərə daxil olarkən COVİD pasportu və ya əks göstəriş sənədi tələb olunur. Bu zaman isə bir sıra tələbələr – hamilə qadınlar və süd verən analarla bağlı problem yaranır.

R.Mahmudov dedi ki, bu gün bir universitet tələbəsi ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə, hətta tələbə hüququndan imtina edib. “Biz hamilə qadınlara, uşaq əmizdirən uşaqları peyvənd olunmağa məcbur edə bilmərik. Ali təhsil müəssisələri onlar hətta peyvənd olunmasalar belə, onlara təhsil almaq imkanı yaratmalıdırlar”, -deputat əlavə etdi.

Parlament sədri isə qeyd etdi ki, vacib məsələdir və bu istiqamətdə addım atılacağını düşünür.

Loading...