Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməkdə maraqlıdır.
Editor.az bildirir ki, bunu bu gün İstanbulda ölkənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Strateji Kommunikasiyalar Sammitində çıxışı zamanı bir daha vurğulayıb ki, problem yalnız dialoq yolu ilə həll edilə bilər. “Biz yenə də Rusiya və Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq. Hesab edirik ki, nizamlanma yalnız danışıqlar yolu ilə mümkündür”, – Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
//Samir Qurbanov, Editor.az

