“Hazırda Ermənistan hakimiyyətində ciddi qarışıqlıq hökm sürür. İrəvan Moskva ilə Qərb arasında seçim qarşısında qalıb və bir çox məqamlardan tərəddüd edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, Ermənistanda dövləti idarə edənlər arasında da ciddi ziddiyyətlər var:
“Bu ölkədə dəfələrlə atəşkəs rejimi pozulub və hakimiyyət atəşkəsin pozulduğunu rəsmi olaraq etiraf etsə də sabitliyi pozanlar cəzalandırılmayıb. Bu isə onu göstərir ki, Ermənistanın güc strukturlarında da problemlər var. Hərçənd ki, Nikol Paşinyan bəyan edirdi ki, ordusunda 5-ci Kolonu təmizləyib. Bu tip təxribat hadisələri Ermənistan ordusunda, daxilində ayrı-ayrı pozucu qüvvələrin hələ də olduğunu göstərir. Azərbaycan da bu tip məsələlərə təmkinli yanaşmaqla beynəlxalq ictimaiyyətə müxtəlif məsələlər, xüsusilə sülh sazişinin imzalanması ilə bağlı ona təzyiq edənlərə Ermənistanın iç üzünü göstərməyə çalışır. Rəsmi Bakı bütün dünyaya sübut etmək istəyir ki, sülhə mane olan yalnız Ermənistandır. Ermənistan hakimiyyətinin arxasında durub onu təxribata sürükləyən qüvvələrin iç üzünü göstərmək üçün də Azərbaycan səbr nümayiş etdirir”.
//Gülnarə Abasova, Editor.az