Rəsmi Bakının səbri tükənmək üzrədir: “Paşinyanı ən çox qorxudan da məhz bu ehtimaldır”backend

Rəsmi Bakının səbri tükənmək üzrədir: “Paşinyanı ən çox qorxudan da məhz bu ehtimaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı yalan-yanlış və sərsəm bəyanatlarına artıq heç kəs əhəmiyyət vermir. Çünki faktiki olaraq Ermənistanın blokadan çıxarılması və kommunikasiya xətlərinin açılması üçün ən böyük səyi Azərbaycan göstərir”.

Bu sözləri Editor.az-a politoloq Turab Rzayev deyib.

 

Politoloqun sözlərinə görə, Azərbaycan həm Zəngilan-Ağbənd dəmir yolunun çəkilişini həyata keçirir, həm də digər öz nəqliyyat- logistik xətlərini Ermənistana daşınan yüklər üçün açıb: ” Bundan başqa həm Zəngəzur dəhlizi, həm də buna paralel olaraq Ermənistanın bu prosesi uzadacağı təqdirdə İran ərazisindən də Zəngilandan Naxçıvana avtomobil yolunun açılması ilə bağlı müqavilə imzalanıb. Rəsmi Bakı istənilən halda bu prosesin baş tutması üçün bu qədər çalışırsa, bu o deməkdir ki, kommunikasiyaların açılması region üçün çox vacib və faydalıdır. Ermənistan isə bu məsələyə təxminən 4 dəfə razılıq versə də prosesi uzatdıqca uzatmağa çalışır. Hətta ən son Brüssel görüşündə yenidən eyni vədləri versə də daxili və xarici qüvvələrin, xüsusilə Rusiyanın təzyiqi ilə Paşinyan bu məsələdə geri addım atdı”.

Turab Rzayev artıq Azərbaycanın səbrinin tükəndiyini diqqətə çəkib: “Çünki Ermənistan açıq-aydın razılaşdığı öhdəliklərdən boyun qaçırır. Artıq aylardır imzalanan sənədlərə əsasən sərhədlərin delimitasiya prosesi, Zəngəzur dəhlizinin açılması və ən əsası Rusiya sülh məramlılarının müvəqqəti yerləşdikləri zonadan erməni silahlı birləşməsinin çıxarılması prosesləri Ermənistan tərəfindən süni şəkildə uzadılır. Bütün bunların əksi olaraq biz Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatların şahidi oluruq. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi təqdirdə Azərbaycan Respublikası 10 noyabr bəyanatının yerinə yetirilməməsini əsas gətirərək yenidən antiterror əməliyyatlarını həyata keçirdəcək. Paşinyanı ən çox qorxudan da məhz bu ehtimaldır”.

//Gülnarə Abasova, Editor.az