“Rəsmi İrəvan hal-hazırda qonşu ölkənin paytaxtından verilən tapşırıqların icrası ilə məşğuldur”- Bu davranışının mütləq bir cəzası olacaqbackend

“Rəsmi İrəvan hal-hazırda qonşu ölkənin paytaxtından verilən tapşırıqların icrası ilə məşğuldur”– Bu davranışının mütləq bir cəzası olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan qətiyyən sülhə hazır deyil, növbəti dəfə təxribatlara, danışıqlar prosesini bloklamağa hazırlaşır. Rəsmi İrəvan hal-hazırda qonşu ölkənin paytaxtından verilən tapşırıqların icrası ilə məşğuldur”.

Bu sözləri Editor.az-a açıqlamasında  beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçi bildirib ki, Ermənistan hökuməti daxildə baş verən problemləri Azərbaycanla sərhədə daşıyır:

” Bütün bunların hər birinin sülh müqaviləsinin imzalanması ərəfəsinə təsadüf etməsi Ermənistanın xarici siyasətinin ənənəvi  metodikasının bir parçasıdır. Son günlər məhz Kəlbəcərin, Laçının hədəf seçilməsi ilə guya ermənilər Böyük Qayıdışa mane olmaq, əhalinin dədə-baba torpağına qayıtmasını əngəlləmək, qorxutmaq, narahatlıq yaratmağa çalışırlar. Laçın dəhlizi ilə bağlı məsələnin icrası bu və ya gələn ay ərzində reallaşır, şəhərin tam olaraq Azərbaycana təhvil verilməsi prosesinə start verilir. Buna görə də ermənilər özlərinin  təxribatlarından əl çəkmirlər və buna rus sülhməramlılarını da alət edirlər. Ona görə də sülhə gedən yolda hər hansı müsbət bir irəliləyişin şahidi olmuruq. Əldə edilmiş hər bir nailiyyət Ermənistan tərəfinin dezavantaj addımları nəticəsində itirilir. Ermənistanın öhdəlikdən boyun qaçırması davranışının mütləq bir cəzası olacaq”.

//Gülnarə Abasova, Editor.az