Rəsmi İrəvan yenidən təxribatlara hazırlaşır?- Ermənistan mediasında yayılan bəzi yeni xəbərlər…backend

Rəsmi İrəvan yenidən təxribatlara hazırlaşır?- Ermənistan mediasında yayılan bəzi yeni xəbərlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan dezinformasiya maşını vaxtaşırı belə xəbərlər ortaya atır. Bunlar da səbəbsiz deyil, görünür, rəsmi İrəvan Azərbaycana qarşı yenidən təxribatlara əl atmağa hazırlaşır”.

Bu fikirləri Editor.az-a siyasi şərhçi Azər Həsrət Ermənistan mediasında yayılan Paşinyan hakimiyyətinin növbəti hərbi əməliyyatlara hazırlaşması və bu əməliyyatların Ermənistan ərazisində olacağı ilə bağlı xəbərləri şərh edərkən deyib.

O, bildirib ki, Ermənistan bu cür xəbərlərlə beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir:

“Ancaq Ermənistan daxilində hansısa hərbi əməliyyatdan söhbət gedə bilməz. Çünki müharibə orada getməyib və ya münaqişədən öncəki dövrdə olduğu kimi ərazisində etnik element də mövcud deyil ki, onunla müharibə şəraiti yaransın. Ermənistan monoetnik bir ölkədir və burada başqa millətlər yaşamır. Bu baxımdan belə dezinformasiyaların arxasında Ermənistanın dünya ictimai rəyini aldatmaq üçün müəyyən məqsədləri dayanır. Bu məqsədlərin də ən başlıcası hər zaman olduğu kimi sərhəddə təxribatlar törətməklə günahı Azərbaycanın üzərinə yıxmaqdır. Azərbaycan tərəfi ayıq-sayıq şəkildə öz ərazisini, sərhədlərini qoruyur. Ümumiyyətlə, Ermənistanın bundan sonra nə vaxtsa Azərbaycanla silah gücü ilə danışmaq ehtimalı sıfırdır. Çünki 44 günlük Vətən Savaşında igid Azərbaycan oğulları bütün dünya erməniləri və onların havadarlarına öz gücünü və silahla necə davranmaq lazım olduğunu göstərib”.

//Gülnarə Abasova, Editor.az