Rəsmi İrəvandan işğaldakı 4 kəndimizlə bağlı açıqlamabackend

Rəsmi İrəvandan işğaldakı 4 kəndimizlə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Nazirlər Kabineti Azərbaycanın anklav olmayan 4 kəndini (Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri) tələb etməsi ilə bağlı yerli medianın sorğusunu cavablandırıb.

Editor.az axar.az-a istinadən bildirir ki, Ermənistan Baş nazirliyi görüşlərdən sonra iki ölkə tərəfindən təsdiq edilmiş iş proseduruna uyğun olaraq, rəsmi press-relizlərdən kənarda dəqiqləşdirmələrə və şərhlərə icazə verilmədiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, son görüşdə bu məsələ ilə bağlı başqa razılıq əldə olunmayıb:

“Ermənistan üçün məqbul yanaşma qanuni qüvvəyə malik hüquqi sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyasına yanaşmadan çıxış edərək, sonradan eksklavlar/anklavlar məsələsinə baxılmasıdır”.