Rəsmi İrəvandan Zəngəzur dəhlizi ilə bağlı açıqlamabackend

Rəsmi İrəvandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Ermənistan Zəngəzur dəhlizinin bir hissəsinə nəzarətin ötürülməsini müzakirə etmir.

Editor.az bildirir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.
Bir müddət əvvəl ABŞ-ın Ankaradakı səfiri Tom Barak bəyan etmişdi ki, ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə – Azərbaycanın əsas ərazisini Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək yol üzərində nəzarəti ələ keçirməyə hazırdır:

“Ermənistan öz suveren ərazisinə nəzarətin üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi respublikanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda qala bilməz”, – Nazeli Bagdasaryan bildirib. O qeyd edib ki, qanunla yalnız kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə icazə verili və ona görə də ABŞ səfirinin dediyi variant mümkün deyil.

Vaşinqtondakı mənbələr də Zəngəzur dəhlizinin icarəyə verilməsi ilə bağlı heç bir razılaşmanın olmadığını deyiblər. Ermənistan və Azərbaycanın dəhlizə nəzarəti ötürmək barədə razılığa gəldiyi barədə məlumatlar təxribatdır və reallığa uyğun gəlmir.

//Samir Qurbanov, Editor.az