Rəsmi Kiyev Ukrayna üzərində səmanın bağlandığını ELAN ETDİbackend

Rəsmi Kiyev Ukrayna üzərində səmanın bağlandığını ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna səmanı bağlamaq üçün müasir Qərb hava hücumundan müdafiə sistemlərinin (AD) Kiyevə verilməsi barədə NATO ölkələrinin nümayəndələri ilə razılaşıb”.

Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, razılıq Ukraynanın müttəfiqlərinin “Rammstein” formatında keçirilən görüşündə əldə olunub.

“Ukrayna səmasının bağlanması ilə bağlı qərarlar qəbul edilir. Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək bizə lazımdır”, – Yermak öz “Twitter” səhifəsində yazıb.

O, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Ukrayna üçün müasir zenit və raket əleyhinə sistemlər məsələsini müzakirə etdiyini vurğulayıb.

Bir gün əvvəl Ağ Ev iki NASAMS hava hücumundan müdafiə sisteminin Ukraynaya çatdırılmasını təsdiqləyib. Ümumilikdə Vaşinqton Kiyevə səkkiz belə kompleks göndərmək niyyətindədir.

Oktyabrın 10-da ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə söhbətində ən son hava hücumundan müdafiə sistemlərinin ötürülməsi də daxil olmaqla, Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib . O, bəyan edib ki, kollektiv Qərb Rusiyaya təzyiqləri, o cümlədən yeni sanksiyalar vasitəsilə artıracaq, həmçinin lazım olan müddətdə Ukraynanı dəstəkləyəcək?

Publika.az