Rəsmi Kiyevin diplomatik səhvi ona baha başa gələ bilərbackend

Rəsmi Kiyevin diplomatik səhvi ona baha başa gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Almaniyanın vitse-kansleri Robert Habek Ukraynanı federal prezident Frank-Valter Ştaynmayerin səfərini qəbul etmək istəmədiyinə görə tənqid edib.

Bu barədə Editor.az “Evropeyskaya Pravda”ya istinadən xəbər verir. “Təəssüf ki, bunu deməliyəm: Ukrayna tərəfi ciddi diplomatik səhvə yol verdi. Federal prezident Almaniya deməkdir. Ona görə də prezident Zelenskinin rədd cavabı Almaniyaya verilən üçün rədd cavabıdır”, – Habek deyib. Almaniya prezidentinin və ya kansler Olaf Şolsun Ukraynaya gedəcəyi ilə bağlı suala Habek belə cavab verib: “İndi hamımız problemin daha da dərinləşməsinə deyil, həllinə çalışmalıyıq.

Telefonlar bunun üçün icad edilmişdir”. Qeyd edək ki, Ştaynmayer Polşa, Latviya, Litva və Estoniya prezidentləri ilə birlikdə Kiyevə getmək istəyirdi. Lakin Kiyev prezidentin səfərindən imtina edib və yerinə kansleri dəvət etmişdi. Çərşənbə günü isə Volodymyr Zelenskiy deyib ki, Ştaynmayerin Ukraynaya mümkün səfəri ilə bağlı Kiyevə heç bir müraciət daxil olmayıb. Kansler Şols bir qədər əvvəl bildirib ki, rəsmi Kiyevin Ştaynmayeri qəbul etməkdən imtina etməsi onu çaşdırıb, özü isə hələ ki, Ukraynaya getməyi planlaşdırmır.