“Rəsmi Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hamıdan çox maraqlıdır” – Zaxarovabackend

“Rəsmi Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hamıdan çox maraqlıdır” – Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında heç kimin olmadığı qədər maraqlıdır və imkan verə bilməz ki, ayrı-ayrı xarici oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpası üzrə onsuz da olmayan səylərə əngəl törətsin.

Editor.az  Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Bundan sonra da üç ölkə liderlərinin bəyanatlarında qeydə alınmış öhdəlik və tapşırıqların qeyd-şərtsiz icrası üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – deyə o bildirib.