Rəsmi Moskva Ermənistanın yeni təyin olunmuş səfirini ölkəsində görmək istəmirbackend

Rəsmi Moskva Ermənistanın yeni təyin olunmuş səfirini ölkəsində görmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti ölkənin Rusiya Federasiyasındakı səfirinin dəyişdirilməsi ilə bağlı qərarını açıqlayıb.

Editor.az bildirir ki, bu barədə Ermənistanın “İravunk” nəşri öz səhifəsində məlumat yayıb. Qeyd olunur ki, hazırkı səfir Vaqarşak Arutyunyan bundan sonra vəzifəsini icra etməyəcək. İrəvan onun yerinə deputat Qurgen Arsenyanı göndərmək qərarına gəlib. Lakin Rusiya hakimiyyəti yeni səfir seçimi ilə razılaşmayıb. “Bizdə olan etibarlı məlumatlara görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan geri çağırılacaq.

Lakin Rusiya parlamentin hazırkı üzvü Qurgen Arsenyanın yeni səfir postuna namizədliyini rədd edib”, – “İravunk” qəzeti yazıb. Keçmiş Müdafiə Nazirliyinin rəhbəri Vaqarşak Arutyunyan ER-in Rusiyadakı səfiri postuna ötən ilin yanvarında başlayıb. Bu posta yeni namizəd Qurgen Arsenyan Ermənistanın mühüm iş adamlarından biridir.

O, həm də Ermənistan parlamentinin deputatıdır və hazırda respublikanı idarə edən “Vətəndaş müqaviləsi” partiyasının üzvüdür. Ermənistan mətbuatı Arsenyanın bir neçə dəfə Rusiya əleyhinə bəyanatlar verərkən yaxalandığını qeyd edir.

//Samir Qurbanov, Editor.az