Respublikaçı senatorların Ukrayna, İsrail və Tayvana əlavə maliyyə ayrılmasını müzakirə etdikləri qapalı brifinqi tərk ediblər.
Editor.az bildirir ki, bu barədə AFP xəbər verir. Yuta senatoru Mitt Romni qeyd edib ki, respublikaçılar demokratlardan təkliflərinə cavab almadıqları üçün oranı tərk ediblər. Cənab Romninin sözlərinə görə, brifinq təşkilatçıları “hamımızın bildiyimiz, hər hansı bir qəzetdə oxuya biləcəyimiz və açıq şəkildə söylənilən şeylər haqqında danışdılar”.
Respublikaçılar israr edirlər ki, ABŞ-ın Ukraynaya dəstəyi sərhədin möhkəmləndirilməsi tədbirləri ilə əlaqələndirilməlidir. Senatorların görüşündə videobağlantı vasitəsilə Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət etmək planlaşdırılırdı. Son anda o, naməlum səbəbdən çıxışını yarımçıq qoyub. İclasda Senatd ABŞ prezidenti Co Baydenin Ukrayna, İsrail və Tayvana 106 milyard dollarlıq yardım ayrılması tələbinə səs verməli idi.
//Samir Qurbanov, Editor.az

