“Respublikanski”nin xəstələri yollarda qalıbbackend

“Respublikanski”nin xəstələri yollarda qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Klinik Xəstəxanasında təmir aparılması xəstələr üçün çətinliklər yaradıb. Hazırda vətəndaşlar əvvəlcə xəstəxanaya üz tuturlar, oradan onların bir hissəsi Bilgəhdə yerləşən modul tipli xəstəxanaya yönləndirilər.

Milli.Az xəbər verir ki, Respublika Klinik Xəstəxanasının Baş həkimi Sahib Hüseynov bildirib ki, Bilgəhdə xəstələrin qəbulu, müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb. Pasiyentlər sadəcə KT və MRT müayinələrindən keçmək üçün digər səhiyyə ocaqlarına getməli olurlar.

Qeyd edək ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əlavə korpus və köməkçi binalarının yenidən qurulması işləri həyata keçirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) I mərhələ üzrə yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı 18 891 761.32 manat dəyərində müqavilə bağlayıb.

Xatırladaq ki, Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyac yaranıb. Bu səbəbdən xəstəxananın 6 terapevtik şöbəsi bu ilin iyun ayından müvəqqəti olaraq paytaxtdakı digər tibb müəssisələrinə köçürülüb.

Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.