Restoranda baş verən yanğında 43 nəfər həlak olubbackend

Restoranda baş verən yanğında 43 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşin paytaxtı Dəkkədə restoranda baş verən yanğında 43 nəfər həlak olub.

Editor.az bildirir ki, bu barədə Səhiyyə naziri Samanta Lal Sen məlumat verib. Yanan binadan pəncərədən tullanaraq qaçmaq istəyərkən daha 10 nəfər yaralanıb. Nazirin sözlərinə görə, xilasedicilər azı 65 nəfəri xilas edə bilib.

“The Daily Observer” yazır ki, yanğın fevralın 29-da yerli vaxtla saat 21:50-də Beyli-Roudda yerləşən “Kachchi Bhai” restoranında başlayıb. Yanğın iki saat sonra lokallaşdırılıb. Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir. Yanğının səbəbi hələ müəyyən edilməyib.

//Samir Qurbanov, Editor.az