“Reuters” agentliyinin təhlükəsizlik müşaviri Rayan Evans Donbassda ölüb.
O, Kramatorskdakı hücumdan sonra itkin düşənlər siyahısına olub. Şəhər Ukraynanın nəzarəti altındadır. Agentlyin məlumatına görə, 38 yaşlı Rayan Evans keçmiş Britaniya hərbçisidir. 2022-ci ildən agentlikdə çalışır.
O, bütün dünyada, o cümlədən Ukraynada, İsraildə və Paris Olimpiadasında təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə məsləhətlər verib. Evans avqustun 25-nə keçən gecə endirilən zərbə nəticəsində öldürülüb. Agentliyin çəkiliş qrupunun altı üzvünün qaldığı “Sapphire” oteli zədələnib. İki jurnalist yaralanıb.
//Samir Qurbanov, Editor.az