Reuters xəbər agentliyinin apardığı araşdırmanın nəticələrinə görə, oktyabrın 13-də Livanda Reuters agentliyinin müxbiri İssam Abdullahın ölümü və 6 müxbirin yaralanması ilə nəticələnən hücumun İsrail tank komandasının açdığı atəş nəticəsində olduğu müəyyən edilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Livanın İsraillə sərhədindən təqribən 1 km aralıda yerləşən Alma əl-Çaab şəhərinə hücumu nəticəsinsə Reuters agentliyinin fotojurnalisti İssam Abdallahın ölümünə və Agence-France-Press (AFP) fotomüxbiri Kristina Assinin ağır yaralanıb.
Reuters agentliyi hadisənin təfərrüatlarını öyrənmək üçün 30-dan çox hökumət və təhlükəsizlik rəsmisi, hərbi ekspertlər, cinayət müfəttişləri, vəkillər, tibb işçiləri və şahidlərlə müsahibə götürüb.
Agentlik yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərini, səkkiz media orqanının bir neçə saatlıq video görüntülərini, hücumdan əvvəl və sonra çəkilmiş yüzlərlə fotoşəkili nəzərdən keçirib.
İstintaq çərçivəsində Reuters də hadisə yerindən sübutlar toplanılıb. Hollandiya Müdafiə Nazirliyi kimi qurumlar üçün sursat və silahları araşdıran müstəqil tədqiqat institutu olan Hollandiya Tətbiqi Elmi Tədqiqatlar Təşkilatı (TNO) Haaqadakı laboratoriyalarında Reuters üçün toplanmış materialları araşdırıb.
TNO-nun əsas tapıntılarına görə, hadisə yerindən götürülmüş iri metal parçası Livan sərhədinin o tayında, müxbirlərdən 1,34 km aralıda yerləşən tankın hamar lüləsindən atılan 120 mm-lik tank mərmisinin quyruq qanadı olub.
Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun elmi işçisi Nik Reynolds, İsrail Müdafiə Qüvvələrinin (IDF) İsrailin şimalında yerləşdirdiyi zirehli briqadaların 120 mm-lik hamar lüləli silahları olan Merkava döyüş tanklarına sahib olduğunu bildirib.
Reuters agentliyinin baş redaktoru Alessandra Galloni deyib: “İndi əlimizdə olan və bu gün dərc etdiyimiz sübutlar İsrail tank heyətinin həmkarımız İssam Abdullahı öldürdüyünü göstərir”.
//Səbinə Hüseynli, Editor.az

