“Rusiyada Ukraynaya yeni hücum əməliyyatlarının tərəfdarları yanaşı, əleyhdarları da var”.
Editor.az xəbər verir ki, bu barədə dekabrın 20-də ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli nümayəndəsinə istinadən nüfuzlu “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin sitat gətirdiyi ABŞ Dövlət Departamenti sözçüsünə görə, Rusiyada Ukraynaya qarşı yeni hücuma keçib-keçirməyəcəyi ilə bağlı ziddiyyətli fikirlər mövcuddur.
“Reuters” Rusiya Federasiyasının hansı ssenarini həyata keçirməsindən asılı olmayaraq, Vaşinqtonun Kiyevə dəstəyini davam etdirəcəyinə inandıran Amerika rəsmisinin sözlərinə istinad edir.
Rusiya daxilində yeni hücumun tərəfdarı olan qüvvələrdən başqa, Rusiyanın uğurlu hücum qabiliyyətinə ciddi şübhələri olan digər yüksək vəzifəli şəxslər də var.
ABŞ Dövlət Departamentinin rəsmisi iddia edir ki, bu şübhələr Rusiyanın “əhəmiyyətli dərəcədə” sursat çatışmazlığı ilə bağlı ola bilər: “Bu da cəbhə xəttində ciddi problem yaradır. Bundan əlavə, payızda səfərbər olunan rus işğalçılarından çox vaxt “möhkəm” bölmələr yaratmaq mümkün olmurdu”.
Dövlət Departamentinin sözçüsü bildirib ki, işğalçıların üzləşdiyi bu və digər problemlər Rusiyanın hərəkətlərinə məhdudiyyətlər qoyur.
//Samir Qurbanov, Editor.az

