Reuters: “Rusiya-Ukrayna nümayəndə heyətləri bu axşam İstanbulda sülh danışıqlarına başlayacaq”backend

Reuters: “Rusiya-Ukrayna nümayəndə heyətləri bu axşam İstanbulda sülh danışıqlarına başlayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Rusiya nümayəndə heyəti bu axşam İstanbulda sülh danışıqlarına başlayacaq.

Editor.az  xəbər verir ki, bu barədə “Reuters”ə  yüksək rütbəli bir türk rəsmisi məlumat verib. Rəsmi şəxs ətraflı məlumat verməyib.

Türkiyə İstanbuldakı danışıqların Rusiya və Ukrayna arasında atəşkəslə nəticələnəcəyinə ümid edir. Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında danışıqlarda indiyədək ciddi irəliləyiş əldə olunmadığını, bu səbəbdən nümayəndə heyətlərinin İstanbulda görüşməsinə qərar verildiyini bildirib. Bununla belə, Peskov danışıqların üzbəüz davam etdirilməsinə qərar vermənin “vacib olduğunu” bildirib.

Qeyd edək ki, dünən axşam prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ərdoğan və Putin Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və danışıqlar prosesini müzakirə ediblər.

//Gülnarə Abasova, Editor.az