Tunisdə 4 türk, iki azərbaycanlı dənizçinin həbs edildiyi açıqlanıb.
Editor.az bu barədə “Reuters”ə istinadən məlumat verir.
Dənizçilər bu ay ölkənin Qabes şəhərində batan gəmidən xilas ediliblər. Gəminin qəsdən batırılması ehtimalını araşdırmaq qərarına gələn məhkəmə, dörd türk, iki azərbaycanlı və bir gürcüdən ibarət ekipajın bu proses zamanı həbsdə qalmasına qərar verib.
Qabes məhkəməsinin sözçüsü Mohamed Karay, gəminin sığorta şirkətlərindən pul almaq üçün qəsdən batırıldığı ehtimalını araşdıracaqlarını açıqlayıb.
Qeyd edək ki, Ekvatorial Qvineyadan Maltaya min ton neft daşıdığını iddia edildiyi Xelo gəmisinin batmasından sonra araşdırma zamanı yük çənində neft olmadığı müəyyən edilib.
//Gülnarə Abasova, Editor.az

