Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat bu gün yekunlaşırbackend

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat bu gün yekunlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 11 avqust saat 09:00-a olan məlumata əsasən 841 namizəd (Azərbaycan bölməsi – 707; rus bölməsi – 134) imtahana yazılıb.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.