Rusiya Dövlət Duması Ukraynanın işğal olunmuş ərazilərində torpaqların “Xüsusi Hərbi Əməliyyat” (XHƏ) iştirakçılarına paylanması təklifi ilə çıxış edib.
Editor.az xəbər verir ki, təşəbbüsü “Rodina” partiyasının lideri Aleksey Juravlev “Kommersant”a şərhində səsləndirib. Deputatın sözlərinə görə, o, “hazırda Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində ruslara “Şərqi Ukrayna hektarının” verilməsinə icazə verən qanun layihəsi hazırlayır.
Üstəlik, Rusiya ordusunun əsgərləri prioritet qaydada torpaq alacaqlar”. Juravlevin sözlərinə görə, bu fikrə Rusiyada artıq mövcud olan “Uzaq Şərq” və “Arktika” hektarlarına oxşar proqramlar səbəb olub. “Rusiya ərazisini 100 milyon hektardan çox artırıb və bizim qələbəmizdən sonra kimsə bu torpağı becərməli olacaq” –deyən Juravlevin planına görə, hazırda bu ərazilərdə yaşayan və rus işğalçıları gəlməmişdən əvvəl bu torpaqları sakitcə becərən ukraynalıların hara getməli olduğunu açıqlamayıb.
//Samir Qurbanov, Editor.az

