Rusiya Mərkəzi Seçki Komissiyası martda keçiriləcək seçkilərdə Ukrayna ilə müharibəyə son qoymağı açıq şəkildə müdafiə edən yeganə namizəd Boris Nadejdini prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib.
Editor.az Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinə istinadən bildirir ki, imtinaya səbəb vətəndaşların toplanmış imzalarında guya həddən artıq çox qüsurların olması olub.
Rusiya qanunlarına görə, Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədin qeydə alınması üçün bütün ölkə üzrə onu dəstəkləyən vətəndaşların 100 min imzasını toplamalıdır. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Boris Nadejdin 104 734 imza toplayıb və onlardan 60 000-i təsdiqlənib.
Qanuna görə, namizədin imzalarının 5%-dən çoxu etibarsızdırsa, onun qeydə alınmasından imtina edilir. İmzalarla bağlı əsas şikayətlər ünvanın hardasa səhvlə yazılması (Mayakovski əvəzinə Myakovski küçəsi) və ya imzalayanlar arasında guya vəfat etmiş vətəndaşların olması olub.
Nadejdin artıq MSK-ya öz etirazlarını göndərib, Mərkəzi Seçki Komissiyasının sədri onlara baxıb ətraflı cavab verəcəyini vəd edib. Nadejdin həmçinin Rusiya Federasiyasının Ali Məhkəməsində imtinaya etiraz edəcəyinə söz verib.
Nadejdinin sözlərinə görə, Mərkəzi Seçki Komissiyası ondan imtina etməyib, imtina “on milyonlarla” rusiyalıyadır. “Burada mənə səs verəcək on milyonlarla insan var. Mən Putindən sonra ikinci yerdəyəm, anketlərdə ikirəqəmli rəqəmlər toplayıram və siz mənə 11 nəfərin öldüyünü deyirsiniz”, – Nadejdin deyib.
//Samir Qurbanov, Editor.az

