RF Müdafiə Nazirliyi ölən Rusiya əsgərlərinin cəsədlərinin məhv edilməsi haqqında əmr veribbackend

RF Müdafiə Nazirliyi ölən Rusiya əsgərlərinin cəsədlərinin məhv edilməsi haqqında əmr verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada həlak olan əsgərlərinin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib.

Editor.az UNİAN-a istinadən xəbər verir ki,bununla bağlı Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun imzaladığı 26 fevral tarixli müvafiq sənədi “Sever” Əməliyyat Komandanlığı dərc edib.

Yalnız “xidməti istifadə üçün” nəzərdə tutulan bu sənəddə Rusiya Federasiyası Müdafiə Nazirliyi martın 1-dən Ukraynada döyüşən şəxsi heyətin şəxsiyyətini təsdiq edən sənədləri müsadirə etməyi, həlak olan əsgərlərin cəsədlərinin təxliyyəsi üçün ən qısa müddətdə tədbirlər görməyi, onların gecə saatlarında “daimi dislokasiya məntəqələrinə” daşıyıb, orada müyyənləşdirilmiş nömrələrlə “qardaşlıq qəbristanlığı”nda (kütləvi məzarlıq), habelə Belarus ərazisində dəfn edilməsini tələb edir.

Sənəddə həmçinin cəsədlərin təxliyəsi mümkün olmadıqda, “onların yerindəcə məhv edilməsi” göstərişi də əksini tapıb.

//Gülnarə Abasova, Editor.az