Rheinmetall Avropanın ən böyük sursat zavodunu istifadəyə verdibackend

Rheinmetall Avropanın ən böyük sursat zavodunu istifadəyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın hərbi-sənaye konserni Rheinmetall Avropada ən böyük sursat istehsalı zavodunun açılışını edib.

Yeni müəssisənin istifadəyə verilməsi Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrin fonunda baş verir. Xəbəri Bloomberg yayıb.

Editor.az xəbər verir ki, zavodun tikintisinə 2024-cü ilin əvvəlində başlanılıb. Açılışın yaz-yay aylarında keçirilməsi planlaşdırılsa da, tarix bir qədər təxirə salınıb.

Məlumata görə, müəssisə tam gücü ilə işə düşdükdən sonra – 2027-ci ildən etibarən – ildə 350 min artilleriya mərmisi istehsal edəcək. Kompleks iki əsas binadan ibarətdir: birində 155 mm-lik artilleriya mərmiləri istehsal olunacaq, digərində isə onların yüklənməsi və qablaşdırılması həyata keçiriləcək.

//Samir Qurbanov, Editor.az