Rihanna iki ildən sonra brendini bağladıbackend

Rihanna iki ildən sonra brendini bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musiqi dünyasında ən çox qazanan qadın sənətçilər siyahısında ilk sırada yer alan Rihannanın brendi bağlanıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın aparıcı şirkətlərindən biri olan “Louis Vuitton”un bir qolu olan LVMH pop ulduzun “Fenty” markasının fəaliyyət göstərməyəcəyini açıqlayıb.

Yanvarın 1-dən etibarən İnstaqram-da paylaşımını dayandıran brend bir neçə həftə ərzində onlayn alış-veriş platformasını və əsas paylaşım kanallarını bağlayacaq.

Qeyd edək ki, LVMH və Rihanna 2019-cu ildə “Fenty” markasını qurmuşdu. Tam adı “Robyn Rihanna Fenty” olan brend kosmetika, geyim, ayaqqabı və aksessuarlar istehsal edirdi. Sənətçi ötən il brenddən 468 milyon paund gəlir əldə edib.

Xatırladaq ki, Rihanna uzun müddətdir səhnə fəaliyyətini dayandırıb.