Rişi Sunakdan Vladimir Putinə sərt mesaj: Rusiya bilməlidir ki,…backend

Rişi Sunakdan Vladimir Putinə sərt mesaj: Rusiya bilməlidir ki,…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammiti zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak tədbirə dəvət olunmayan Rusiya diktatoru Vladimir Putinə “birbaşa mesaj” verib.

Editor.az xəbər verir ki, Sunak bununla bağlı “Sky News”ə müsahibəsində deyib. O, əmin edib ki, dünya liderləri Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləmək məsələsində geri çəkilmək niyyətində deyillər.

Baş nazirin sözlərinə görə, “Rusiya bilməlidir ki, biz və digər ölkələr Ukraynanı təkcə burada və indi özünü müdafiə etmək üçün lazım olan resurslarla deyil, həm də uzunmüddətli perspektivdə dəstəkləmək əzmində sarsılmazıq”. Bir neçə saat əvvəl Risi Sunak Rusiya almazlarının idxalına qadağa qoyulduğunu elan edib və digər G7 ölkələrinin də bu addımı atacağına inandığını bildirib.

  //Samir Qurbanov,Editor.az