Bakıda çoxmərtəbəli yaşayış binaları tikən məşhur şirkətlərdən birinin külli miqdarda vergi borcu yaranıb. Maraqlıdır ki, vergi borcu yaranmış bu şirkətin adı Bakıda həyata keçiriləcək pilot layihələrin icrasında çəkilir.
Editor.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət “Gold Construction” MMC-dən gedir. Şirkətin hazırda 1,5 milyon manata yaxın vergi borcu var.
Bakıda bir neçə layihəyə imza atan MMC-nin adı pilot layihələrin icrasında da çəkilir. Məsələn, Nəsimi rayonunda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üçün başladılan layihələrdə “Gold Construction” MMC-nin də adı var.
MMC-nin Bakıdakı ən böyük layihələri sırasında “Xatai Residence” və “Azadlıq Palace” var.
Qeyd edək ki, hazırda ölkədəki bir çox riskli tikinti şirkətlərinin vergiyə külli miqdarda borcu yaranıb.

