“Röyadan qisasımı aldım” – Flora Kərimovabackend

“Röyadan qisasımı aldım” – Flora Kərimova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox illər əvvəl o mənim qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım.

Editor.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Flora Kərimova “Atv maqazin onlarla” verilişinə müsahibəsi zamanı deyib. Müğınni Röya Ayxana qarşı artıq incikliyi qalmadığını bildirib:

“Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır”.

F.Kərimova “33 sual” rubrikasının aparıcısı Ruslan Ağayevin “Aranızda sülh yaranıb” sualına isə “Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram” cavabını verib.