Slovakiyanın baş naziri Robert Fiko “ölümlə həyat arasındadır”.
Editor.az “Reuters”ə istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. O, həmçinin Fikoya tezliklə sağalıb işinə qayıtmasını arzulayıb.
Orban qeyd edib ki, Slovakiyanın baş naziri sağalsa belə, o, hələ də bir neçə ay, o cümlədən iyunun əvvəlində keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində işləyə bilməyəcək.
//Samir Qurbanov, Editor.az

