“Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni səhifə açmış oldu”- Millət vəkilibackend

“Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni səhifə açmış oldu”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni səhifə açmış oldu. Çünki səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrimizin ən yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Strateji tərəfdaşlıq Bəyannaməsində gələcək əməkdaşlığın perspektivləri də müəyyən edilib”.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“İmzalanan sənədlər müxtəlif istiqamətləri əhatə etsə də əsasən müdafiə sənayesi sahələri xüsusi önəm kəsb edir. Müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilmiş oldu. Ölkəmizin hərbi qüdrəti bizə imkan verir ki, müdafiə sənayəsi sahəsində tərəfdaşlıq münasibətlərimiz ən üst səviyyədə olsun. Bununla yanaşı Slovakiya üçün ənmli məqamlardan biri də budur ki, Azərbaycan qazından yararlanan ölkələrin sırasında yer ala bilər. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənədin imzalanması Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıb. Bu gün Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Bu baxımdan Azərbaycan enerji sahəsində də Slovakiyayla əməkdaşlıq müstəvisində fəaliyyət göstərə bilər”.

Deputat qeyd edib ki, Azərbaycanın xarici və daxili siyasətində azad olunmuş torpaqların inkişafı, quruculuq işləri mühüm yer tutur. Bu məsələdə Slovakiyayla da ortaq işlərin görülməsi nəzərdə tutulub: “Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. İşğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları da sevindirəcək. Slovakiyanın bu addımı isə iki ölkə arasında səmimi dostluq münasibətlərinin qurulmasının bariz nümunəsidir”.