Robert Koçaryan: “Ermənistan hakimiyyəti müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi”backend

Robert Koçaryan: “Ermənistan hakimiyyəti müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi edib”.

“Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.

“İlk növbədə danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. Qarşılıqlı təzadlı bəyanatlarımızla həmsədrlərin erməni tərəfinin nə istədiyini bilmədikləri bir vəziyyət yaratdıq.

Ermənistanın çıxılmaz vəziyyət yaratmaq üçün hər şeyi etdiyinə dair təəssürat yarandı. Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı vaxtda başladı”, – deyə R.Koçaryan bildirib.

Loading...