Adı tez-tez “Real Madrid” ilə hallanan Kilian Mbappe ilə bağlı yeni bir iddia yayılıb.
Editor.az “sporx” a istinadən xəbər verir ki, Kilian Mbappenin “kral” klubuna transferi ilə əlaqədar “Real Madrid”in idman direktoru Roberto Karlosa ünvanlanan suala ispan nəhənginin rəsmisi “gəlir” cavabını verib.
PSG-dəki performansı ilə diqqət mərkəzində olan Kilian Mbappe bir çox klubun maraq dairəsindədir. Ancaq onun transferi ilə bağlı hələ heç bir klub rəsmi açıqlama verməyib.
Qeyd edək ki, fransız futbolçu cari mövsümdə 41 matçda 33 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
//Editor.az

