Roland Bidjamov: “İstənilən inkişaf ssenarini istisna etmirəm. Üçüncü müharibə ola bilər”backend

Roland Bidjamov: “İstənilən inkişaf ssenarini istisna etmirəm. Üçüncü müharibə ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında hadisələrin inkişafı ilə bağlı istənilən variantı istisna etmirəm”.

Bu barədə  rusiyalı tanınmış şərqşünas, siyasi elmlər namizədi Roland Bidjamov açıqlama verib.

Ekspert Azərbaycan və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu iştirakçı statusu almasının mümkünlüyünü şərh edərkən bildirib:

“Niyə də olmasın? Söhbət ŞƏT-də iqtisadi əməkdaşlıqdan gedir. İqtisadiyyat isə istənilən münaqişəni həll edir, hətta Ermənistan-Azərbaycan münaqişəsi kimi köhnəlmiş münaqişələri də.

Əgər söhbət KTMT-dən getsə, bəli, həm Azərbaycanı, həm də Ermənistanı eyni zamanda bu təşkilatda görmək qəribə olardı. Amma Şanxay Əməkdaşlıq Təşkilatı fərqlidir. Və bu, region ölkələrinin ortaq dil tapmasına imkan verəcək başqa bir platforma olacaq”, – deyə o bildirib.

Şərqşünas tərəflərin hələ də sülh müqaviləsi bağlamamasına da toxunub:

“Əgər söhbət ŞƏT-dən gedirsə, deməli, həm Azərbaycan, həm də Ermənistan bu təşkilatın tərəfdaşıdır. Bu onlara nə verir – yalnız ölkələrinizin hökumətləri bunu bilirlər.

Amma Azərbaycanla Ermənistan arasındakı münasibətlərə toxunmaq istəyirəm. Əvvəla, mən Tbilisidənəm, burada doğulub böyümüşəm. Mənim üçün Qafqazda yaşayan bütün xalqlar doğmadır.

Qafqazda baş verənlərə münasibətimi başa düşməyiniz üçün bunu deyirəm. Təəssüf ki, Azərbaycanla Ermənistan arasında hadisələrin inkişafı ilə bağlı istənilən variantı istisna etmirəm. Üçüncü müharibə ola bilər. Bəlkə də nəqliyyat kommunikasinı açmaq və normal bir həyat qurmaq mümkün olacaq.

Sülhə gedən yol uzundur, amma ümid edirəm ki, bu istiqamətdə uğur qazanacaqsınız. Çox şeydə Leninin milli siyasəti, daha sonra Mixail Qorbaçovun siyasəti günahkardır – o SSRİ-nin dağılması zamanı postsovet məkanında baş verən hadisələrə məsuliyyət daşayır. Bilmirəm, Mixail Qorbaçov bunu başa düşür və ya düşə biləcək mi? Amma o tam səriştəsizlik nümayiş etdirdi”.

oxu.az