“Roma” 800 min avro tələb edən futbolçunun transferindən imtina etdibackend

“Roma” 800 min avro tələb edən futbolçunun transferindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Union Berlin”in müdafiəçisi Leonardo Bonuççinin “Roma”ya keçidi baş tutmayıb.

Transferin reallaşmamasının səbəbi maliyyə məsələsidir. 36 yaşlı futbolçu paytaxt klubundan 6 aylıq müqavilə üçün 800 min avro maaş tələb edib.

“Roma” təcrübəli oyunçunun tələbini qəbul etməyib və onu heyətinə qatmaq fikrindən daşınıb.

Leonardo Bonuççi bu ilin yayında “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə “Union Berlin”ə keçmişdi. İtaliyalı mərkəz müdafiəçisi Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda bir qol vurub. Bonuççinin klubla müqaviləsi 2024-cü ilin 30 iyun tarixinə kimidir.

Oxu.az