“Roma”dan Zəki Çelik üçün 7 milyonluq təklifbackend

“Roma”dan Zəki Çelik üçün 7 milyonluq təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Joze Mourinyonun rəhbərlik etdiyi İtaliyanın “Roma” klubu Fransanın “Lill” klubunda forma geyinən türk futbolçu Zəki Çəliki transfer etmək istəyir. Editor.az “Sporx” a istinadən xəbər verir ki, əgər transfer baş tutarsa, İtaliya təmsilçisi Fransa təmsilçisinə 7 milyon avro ödəyəcək.

Qeyd edək ki, Zəki Çəlik 2018-ci ildə “İstanbulspor”dan Fransanın “Lill” klubuna transfer olunub. Bu klubda oynadığı müddətdə bir dəfə Fransa çempionluğunu da yaşayıb. Arxada qoyduğumuz mövsüm isə Zəki Çəlik 40 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az