Roma Papası Fransisk Milad bayramı münasibətilə Rusiya və Ukraynaya müraciət etdibackend

Roma Papası Fransisk Milad bayramı münasibətilə Rusiya və Ukraynaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk katolik ölkələrində dekabrın 25-də qeyd olunan Milad bayramı münasibətilə çıxış edib.

Papa “Müqəddəs xilas qapılarının hamının üzünə açıq olduğunu” deyərək, Rusiya-Ukrayna münaqişəsinin həllinə çağırıb. “Bu Milad bayramında mən hər bir insanı, eləcə də bütün xalqları və millətləri öz daxilində bu Qapıya daxil olmaq, ümidin zəvvarları olmaq, silah səslərini susdurmaq və fikir ayrılıqlarını aradan qaldırmaq üçün lazım olan cəsarət tapmağa çağırıram” – Fransisk deyib. O, həmçinin Ukraynadakı münaqişə tərəflərini sülhün bərqərar olması üçün danışıqlara və dialoqa açıq olmağa çağırıb.

Milad nitqində pontifik həmçinin Yaxın Şərqdə də müharibəni dayandırmağa çağırıb. O, həmçinin Afrika ölkələrinə humanitar dəstəyin gücləndirilməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, orada humanitar vəziyyətin pisləşməsi silahlı münaqişələr, terrorizm və iqlim dəyişikliyi ilə bağlıdır.
Qeyd edək ki, Papanın bəhs etdiyi “Müqəddəs Qapı”lar Vatikandakı Müqəddəs Pyotr Bazilikasında yerləşir. Onlar 25 ildən bir açılır. 14-cü əsrə qədər davam edən ənənəyə görə, qapıdan keçmək zəvvarlara günahlarının bağışlanmasını almağa imkan verir.

//Samir Qurbanov, Editor.az