Roma Papası Fransisk növbəti dəfə atəşkəs üçün çağırış edibbackend

Roma Papası Fransisk növbəti dəfə atəşkəs üçün çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk İsrail və Fələstin arasındakı münaqişəni böyük narahatlıqla izlədiyini bildirib və bölgədə təcili humanitar atəşkəs çağırışını təkrarlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa istefa verəcəyi ilə bağlı iddialara da cavab verib.

Bir müddətdir sağlamlıq problemləri ilə gündəmdə olan Papa Fransisk Qəzzaya növbəti atəşkəs çağırışı edib.

Çərşənbə günləri Vatikanda xalqa açıq ümumi qəbul iclası keçirən Papa burada etdiyi çıxışda İsrail və Fələstindəki qarşıdurmanı böyük narahatlıq və ağrı ilə izləməyə davam etdiyini deyib.

Papa Fransisk iştirak edən bütün tərəfləri danışıqları davam etdirməyə çağırıb: “Hər kəsdən həqiqətən tükənmiş və ehtiyacı olan Qəzza xalqına humanitar yardım çatdırmaq üçün təcili qərar vermələrini xahiş edirəm” .

Katoliklərin ruhani lideri dindarlardan Ukrayna üçün də bir daha sülh arzulamağı unutmamağı xahiş edib.

Eyni zamanda Meksikanın “N+” kanalına verdiyi xüsusi açıqlamada Papa bir müddətdir sağlamlıq problemləri ilə mübarizə apardığı üçün sələfi Papa XVI Benedikt kimi istefa verə biləcəyi dedi-qodularına cavab verib. O, hazırda istefa vermək fikri olmadığını dilə gətirib. 86 yaşlı Papa Fransisk ona qarşı irəli sürülən ittihamları rədd edib.

//Səbinə Hüseynli, Editor.az