Roma papası: …Məni dinləmirlərbackend

Roma papası: …Məni dinləmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk Ukraynadakı müharibəni “qlobal müharibə” adlandırıb və onun yaxın gələcəkdə bitəcəyinə inanmır.

Bu barədə o, İspaniyanın ABC qəzetinə müsahibəsində deyib. “Qısa müddətdə son görmürəm, çünki bu, qlobal müharibədir. Bunu unutmayaq. Müharibə qazanını qarışdıran çoxlu əllər var. Qlobaldır. Düşünürəm ki, belə müharibələr imperiyalar zəifləməyə başlayanda başlayır. İstifadə olunacaq, sınaqdan keçiriləcək və satılacaq silahlar çox olduqda. Kartda çox şeylər var”. Papa Fransiskin sözlərinə görə, Vatikan əlindən gələni edir, lakin “dinləmirlər”. “Ukraynada baş verənlər dəhşətlidir. Orada o qədər qəddarlıq var! Bu, həqiqətən çox ciddidir və mənim pisləməkdə davam etdiyim bir şeydir”, – o əlavə edib.

  //Samir Qurbanov, Editor.az