Roma Papası öldübackend

Roma Papası öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikan Roma Papası Fransiskin vəfat etdiyini açıqlayıb.
“Əziz qardaş və bacılar, böyük kədər hissi ilə Ən Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm.

Bu gün saat 07:35-də Roma yepiskopu Fransisk Ata evinə qayıtdı. Onun bütün həyatı Rəbbə və onun Kilsəsinə xidmətə həsr olunmuşdu”, – Kardinal Farrell yazıb.
Qeyd edək ki, papanın 88 yaşı var idi. Francisin səhhəti fevral ayında xəstəxanaya yerləşdirildikdə və ikiqat pnevmoniya diaqnozu qoyulduqda kəskin şəkildə pisləşib.

Xəstəliyin gedişi ağır keçirdi, pontifik martın sonunda xəstəxanadan çıxıb və o vaxtdan bəri yalnız bir dəfə ictimaiyyət qarşısında olub.
Əslın argentinalı kardinal Xorxe Mario Berqoglio 2013-cü ildə Fransisk adı ilə Katolik Kilsəsinin başçısı olub. O, tarixdə “Yeni Dünya”dan olan ilk Papa idi.

//Samir Qurbanov, Editor.az