Roma Papası savaşı dayandırmağa çağırdıbackend

Roma Papası savaşı dayandırmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk Ukraynada müharibənin dayandırılmasına və humanitar dəhlizlərin təmin edilməsinə çağırıb. Bu barədə Vatikan Radiosuna istinad edən mənbə məlumat verib. “Ukraynada qan və göz yaşı çayları axır.

Editor.az Ukrainskaya Pravda-a istinadən xəbər verir ki, bu, bir hərbi əməliyyat deyil, ölüm, dağıntı və yoxsulluq səpən müharibədir. Bu müharibənin qurbanları arasında uşaqlar və analar da var.

Bu əzabkeş ölkədə humanitar dəstəyə ehtiyac hər saat artır. Mən müraciət edirəm ki, əsil həqiqətdə humanitar dəhlizlər təmin olunsun. “Müharibə ağılsızlıqdır! Dayanın, çox xahiş edirəm” – Papa Fransisk müraciətində belə deyib.

//Gülnarə Abasova, Editor.az